Ərdoğan Milli Məclisin iclasında çıxış etdi (YENİLƏNİR)

Ərdoğan Milli Məclisin iclasında çıxış etdi (YENİLƏNİR)

Azərbaycan Milli Məclisinin sədri, hörmətli xanımlar və cənabları sizləri Türkiyədə 84 milyonun adına Bir millət, iki dövlət anlayışı ilə səmimi qəlbdən salamlayıram.

Bunu Prezident Ərdoğan Milli Məclisdə çıxışı zamanı deyib.

O, bəyan edib ki, xoşbəxtdir: “Qarabağı azad edən Azərbaycan Milli Məclisində sizinlə bərabərəm.

Bəxtiyaram, çünki müstəqilliyinin 30 ilinə çatan sizinlə birlikdəyəm.

Qafqazda barış və sülh üçün fürsət yaranıb. Bundan Azərbaycan deyil, Ermənistan daxil olmaqla bütün dünya qazanclı çıxacaq".

R.Ərdoğan bildirib ki, Qarabağın işğaldan azad edilməsi Azərbaycanın müstəqilliyinin 30 ilinin ən önəmili hadisəsidir.

Türkiyə Prezdenti qeyd edib ki, azərbaycanlı qardaşlarım 30 il öz doğma yurdlarından məcburi köçkün oldular: “30 il sonra bu torpaqlar öz sahiblərinə qovuşdu. Bu zəfəri və barışı Azərbaycan xalqına qazandıran, Prezident, qardaşım İlham Əliyevə bir daha təşəkkür edirəm. Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm. Türkiyə həm dövlət, həm də millət olaraq qardaş Azərbaycanın yanında yer alıb. Bu gün də Azərbaycanın yanıdayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdisə, biz də bu gün və gələcədə bərabər olacağıq. Azərbaycanın sevinci sevincimiz, azadlığı azadlığımız, kədəri kədərimizdir”.

xxx

Toplantıda Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

xxx

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının xüsusi iclası başlayıb.

Xüsusi iclasda Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edir.

xxx

Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının xüsusi iclası keçiriləcək.

Toplantıda iştirak etmək üçün Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisə gəlib.

Türkiyə Prezidenti iclasda deputatların önündə çıxış edəcək.

Geri qayıt