Rusiya Azərbaycana reyslərin sayını artırır

Rusiya Azərbaycana təyyarə uçuşlarının sayını iyunun 28-dən artıracaq.
ONN media xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Tatyana Qolikova bildirib.
Azərbaycanla yanaşı, Ermənistan, Avstriya, Yunanıstan, Qətər, Finlandiya, Xorvatiya və İsveçrəyə də reyslərin sayı artırılacaq.