İstanbulda zəlzələ oldu

Türkiyənin İstanbul şəhərində 3,9 bal gücündə zəlzələ olub.
ONN media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerin 7 kilometr dərinliyində meydana gələn zəlzələ əsasən İstanbulun Qartal rayonunda baş verib.
Yeraltı təkanlar İstanbul başda olmaqla, Qocaeli, Sakarya, Yalova və ətraf bölgələrdə də hiss edilib.