Şadlıq saraylarında ventilyator və sərinkeşlərdən istifadə qadağan edildi

Şənlik mərasimləri zamanı ictimai iaşə müəssisələrində kondisioner və havalandırma sistemlərinin texniki baxışının vaxtında həyata keçirilməsi təmin olunmalıdır.
ONN media xəbər verir ki, bu “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər” də əksini tapıb.
Qeyd olunub ki, şənlik mərasimləri zamanı ictimai iaşə müəssisələrində ventilyator və sərinkeşlərdən istifadə edilməməlidir.