Misirdə daha bir qatar qəzası: 40 nəfər yaralandı

Misirin İsgəndəriyyə şəhərində də iki sərnişin qatarı toqquşub.
ONN media xəbər verir ki, qəza nəticəsində 40-a yaxın insan xəsarət alıb.
Yaralılar xəstəxanalara çatdırılıblar. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.
Qeyd edək ki, ötən gün Qahirə yaxınlığında da insan tələfatı ilə nəticələnən qatar qəzası baş vermişdi.