BDU-nun müəllimi 57 yaşında vəfat etdi

BDU-nun müəllimi 57 yaşında vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Kimyanın tədrisi metodikası kafedrasının müəllimi Nabir Vəli oğlu Məmmədov vəfat edib.

ONN media xəbər verir ki, Nabir Məmmədov 57 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, 1981-ci ildə BDU-nun Kimya fakültəsinə daxil olub. 1988-ci ildən BDU-da kimya fakültəsində Qeyri-üzvi kimya kafedrasında baş laborant işləyib. 1992-1995-ci illərdə həmin kafedranın aspirantı olub. 1995-ci illdən Kimyanın tədrisi metodikası kafedrasında laboratoriya müdiri işləyib. 2003-cü ildən həmin kafedrada müəllim vəzifəsində çalışıb

Geri qayıt