Prezident Fazil Ağalarovun rütbəsini artırdı

General-mayor Fazil Köçəri oğlu Ağalarova “general-leytenant” ali hərbi rütbəsi verilib.
ONN media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, F.Ağalarov Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini-qərargah rəisidir.