Akar BƏYAN ETDİ: "Bu ölkədə zatən varıq, əsgər göndərməyəcəyik"

Akar BƏYAN ETDİ: "Bu ölkədə zatən varıq, əsgər göndərməyəcəyik"

"Əfqanıstana yenidən əsgər göndərməyimiz müzakirə mövzusu deyil. Orada zatən mövcudluğumuz var".

ONN media xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

"Türk əsgəri 6 ildir Kabilin Həmid Kərzai Beynəlxalq Hava Limanındadır. Bölgəyə yenidən əsgər göndərməyəcəyik. Əfqanıstanla yüz illərə bərabər tarixi və mədəni əlaqələrimiz var. Əfqan xalqı bizim qardaşımızdır. Xüsusilə, son 6 ildə hava limanının işlədilməsi və texniki dəstəklə bağlı əlimizdən gələni edirik", - deyə nazir bildirib.

Geri qayıt