Ərdoğan Məşvərət Şurasını TOPLADI

Ərdoğan Məşvərət Şurasını TOPLADI

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Məşvərət Şurasının (TMŞ) növbəti iclası keçirilib.

Bu qurumun rəhbəri Fəxrəddin Altun iclasda TMŞ üzvlərinin ədalət, hüquq və yeni Konstitusiya mövzularında fikir və mülahizələrini bölüşdüyünü bildirib.

Ədalətin qorunmasını siyasətin ayrılmaz hissəsi kimi dəyərləndirən üzvlər ölkədə yeni Konstitusiyanın qəbul edilməsi istiqamətində göstərilən səyləri həyata keçirilən islahatların ən yüksəyi olduğunu vurğulayıblar.

Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, azad vətəndaş, güclü cəmiyyət, "Daha demokratik bir Türkiyə" prinsipi ilə hazırlanan “İnsan Hüquqları Fəaliyyət Planı” yeni Konstitusiya əldə etmək üçün göstərilən əsaslardır.

Geri qayıt