COVID-19-a qarşı vaksin insanın DNT-sini dəyişir? – RƏSMİ AÇIQLAMA

“COVID-19-a qarşı vaksinin insanın DNT-sini dəyişdirə biləcəyi ilə bağlı səsləndirilən fikirlər tez-tez RNT-si (mRNT) olan peyvəndlər haqqında deyilir”.
ONN media xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin professoru, Milli İmmunlaşdırma Ekspert Məsləhət Komissiyasının sədri Hüseyn Qabulov deyib.
“Bu elm sahəsində çalışan mütəxəssislər peyvəndlərdən alınan RNT-nin fiziki olaraq DNT-nin (deoksiribonuklein turşusu) olduğu hüceyrə nüvəsinə nüfuz edə bilmədiyini bilirlər. DNT genlərimizi və irsi materiallarımızı daşıyır. RNT-peyvəndlər hüceyrənin sitoplazmasına daxil olur, amma DNT-yə daxil olmur. Başqa sözlə desək, vaksinasiya zamanı DNT-hüceyrələrin hər hansı bir təhlükə ilə qarşılaşması mümkün deyil” , - deyə o söyləyib.