Bina çökdü, yüzə yaxın insanın taleyindən xəbər yoxdur
Mayaminin şimalında 12 mərtəbəli yaşayış binasının uçması nəticəsində bir nəfər ölüb, onlarla insan yaralanıb.
ONN media xəbər verir ki, onlarla sakinin taleyindən hələlik xəbər yoxdur. Florida ştatının rəsmiləri bildirib ki, xəbər alınmayan insanların sayı 51-dən 99-a çatıb.
Həmin vaxt yaşayış kompleksində nə qədər insanın olması haqqında dəqiq məlumat yoxdur.
Mayaminin Sörfsayd hissəsində yerləşən kompleks 1980-ci ildə tikilib.
