Uşaqların vaksinasiyası ilə bağlı TƏBİB-dən açıqlama

“Hazırda ölkəmizdə Nazirlər Kabineti tərəfindən qəbul olunmuş strategiyada 18 yaşdan yuxarı şəxslərin vaksinasiyası nəzərdə tutulub”.
ONN media xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, həkim-infeksionist Nəzrin Mustafayeva deyib.
“Uşaqların vaksinasiyası ilə bağlı mütəxəssislər müzakirələr aparır. Yaxın günlərdə müsbət qərar olarsa açıqlanacaq”,-deyə o söyləyib.