Donbasda atəşkəs pozuldu: Ukrayna hərbçisi həlak oldu

Donbasda atəşkəs pozuldu: Ukrayna hərbçisi həlak oldu

Donbasda Rusiya separatçılarının açdığı atəş nəticəsində 1 Ukrayna hərbçisi həlak olub.

ONN media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

“Bu gün səhər saatlarında Rusiya separatçıları atəşkəs rejimini 2 dəfə pozub. Açılan atəş nəticəsində Donbasın Peski bölgəsində 1 Ukrayna hərbçisi həlak olub. Hadisə ilə bağlı ATƏT təmsilçiləri məlumatlandırılıb”, - xəbərdə qeyd edilib.

Geri qayıt