Şəkidə AĞIR QƏZA - Xəsarət alanlar var

Şəkidə AĞIR QƏZA - Xəsarət alanlar var

Şəki rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun rayonun Cəfərabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil mikroavtobusla toqquşub. Nəticədə 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt