Ukrayna Kirkorovun adını "qara siyahı"dan çıxardı

Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi rusiyalı müğənni Filip Kirkorovun adını milli təhlükəsizliyi təhdid edən şəxslər siyahısından çıxarıb.
ONN media xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilib.
Bu gün yayılan siyahıda Filip Kirkorovun adı yer almayıb.
Qeyd edək ki, bir neçə gün öncə Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi Təhlükəsizlik Xidmətinin tövsiyəsi əsasında rusiyalı müğənni Filip Kirkorovun adını milli təhlükəsizliyi təhdid edən şəxslər siyahısına daxil etmişdi.