Putindən S-500 açıqlaması: Orduya verilir

“Avanqard” və "Kinjal” (Xəncər) hipersəsli raket kompleksləri hazırda Rusiya ordusunun arsenalına daxil edilib.
ONN media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Sarmat” qitələrarası ballistik raketi, “Sirkon” hipersəsli kompleksləri, S-500 zenit raket kompleks sistemləri və bənzəri silahlar da yaxın zamanda Rusiya ordusunun sərəncamına veriləcək.
2034-cü ilə qədər olan dövrü əhatə edən yeni silahlanma proqramı Rusiyanın müdafiə potensialının gücləndirilməsinə yönəldiləcək”, - Putin bildirib.