Ermənistanda ana körpəsini 80 dollara satdı

Ermənistanda yeni doğulmuş körpənin satılması ilə bağlı başlanan cinayət işinin ilkin istintaqı başa çatıb.
ONN media xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
İstintaq Komitəsinin məlumatına görə, Kotayk vilayətinin sakini 2017-ci ilin martın 25-də oğlan uşağı dünyaya gətirib, lakin uşağını təmin etmək üçün kifayət qədər pulu olmadığına görə onu ya doğum evində qoyacağına, ya da uşaq evinə göndərəcəyinə qərar verib. Amma bundan xəbər tutan mama-ginekoloq qadınla uşağı satmaq barədə razılığa gəlir. Doğum evinin əməkdaşı ana ilə öz qohumu olan qadın və ərinin görüşünü təşkil edir. Tərəflər körpənin satılması ilə bağlı razılığa gəlir və saxta yolla sənəd də düzəldirlər.
Məlumata görə, qadın öz körpəsinə görə 20 min dram (40 dollar) pul və o qədər məbləğə də şirniyyat alır.
Əldə edilən dəlillərə əsasən, uşağın anası və övladlığa götürənlər uşaq alverində günahlandırılaraq istintaqa cəlb olunublar.