Bakı əhalisinə göstərilən xidmətlərin dəyəri açıqlandı

Cari ilin ilk 5 ayında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,5 faiz azalaraq 1 milyard 810,2 milyon manat olub.
ONN media Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 151,8 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 63,6 faizini təşkil edib.