Çavuşoğlu QARABAĞDAN DANIŞDI: Bu ərazidə yan-yana yaxşı qonşu olaraq...

"Azərbaycanda Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndiririk".
ONN media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyada həmkarı Sergey Lavrovla görüşdən sonra Antalyada təşkil edilən birgə mətbuat konfransında çıxış edərkən deyib.
"Tərəflərin uzlaşmasını, həm ermənilərin, həm də azərbaycanlıların bu ərazidə yan-yana yaxşı qonşu olaraq mövcud olmalarını istəyirik", - Türkiyə XİN başçısı bildirib.