Nazir rüşvət aldığı iddia edilən polisi cəzalandırdı - Video

Nazir rüşvət aldığı iddia edilən polisi cəzalandırdı - Video

Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayonunun Novxanı qəsəbəsində yol polisinin sürücüdən rüşvət alması iddiası ilə bağlı yayılan videogörüntülər haqda açıqlama verib.

ONN media xəbər verir ki, İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Unikal.org-a açıqlamasında yayılan videogörüntülərlə bağlı araşdırmanın yekunlaşdığını bildirib.

“Həmin polis əməkdaşının rüşvət alması faktı təsdiqlənməyib. O, xidmət zamanı sürücü ilə lüzumsuz danışıqlara, yersiz hərəkətlərə yol verdiyinə görə intizam qaydasında cəzalandırılıb”.(axar.az)

https://youtu.be/-dFBMhB0n7Q
Geri qayıt