Nöqsanlara yol verən bir neçə restoran CƏRİMƏLƏNDİ

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tətəfindən iyunun 30-da ölkə üzrə 424 ictimai iaşə obyektində 740 monitorinq keçirilib.
AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xətai rayonu, Nobel pr., ev 15 ünvanında yerləşən, fiziki şəxs Kaya Orhana məxsus "Sahne" restoranı;
2. Bakı şəhəri, Səbail rayonu, Xəqani 10 ünvanında yerləşən, fiziki şəxs Ak Özerol MMC-yə məxsus "Prive Steak House" restoranı;
3. Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza 16 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Səyyada məxsus "Kabab house" kafesi;
4. Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunda yerləşən, fiziki şəxs Məmmədov Kamran İmran oğluna məxsus "Neptun" restoranı.
Qeyd edək ki, keçən monitorinqdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ölkə üzrə 434 ictimai iaşə obyektində 736 reyd keçirmişdi. Monitorinqlər zamanı 24 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunaraq cərimələnmişdi.