"Keşlə"dən daha bir transfer

"Keşlə"dən daha bir transfer

UEFA Avropa Konfransı Liqasına hazırlaşan "Keşlə" futbol klubu daha bir transfer reallaşdırıb.

ONN media xəbər verir ki, klub rəhbərliyi ilə braziliyalı futbolçu Felipe Santos arasında 1 ili əhatə edən əməkdaşlıq müqaviləsi imzalanıb.

Qeyd edək ki, yarımmüdafiə mövqeyində oynayan F.Santosun son klubu Sloveniyanın 1-ci liqasında çıxış edən "Maribor" komandası olub.

Geri qayıt