Floridada ölənlərin sayı 24-ə çatdı

Floridada ölənlərin sayı 24-ə çatdı

ABŞ-ın Florida ştatının Mayami Deyd dairəsində yaşayış binasının dağılması zamanı ölənlərin sayı 24 nəfərə çatıb.

ONN media xəbər verir ki, bu barədə Mayami Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava bildirib.

“Ötən gecə axtarış komandası daha 2 qurbanın meyitini çıxardı. İyirmi dörd ölüm təsdiqlənib”, - o deyib.

Mer əlavə edib ki, hadisə zamanı binada olmuş 124 nəfər itkin düşmüş sayılır.

Xatırladaq ki, Mayami Deyd dairəsində 12 mərtəbəli bina iyunun 24-ə keçən gecə qismən dağılıb.

Geri qayıt