Əfqanıstanın daha 94 hərbçisi Tacikistana qaçdı

Əfqanıstanın daha 94 hərbçisi Tacikistana qaçdı

Əfqanıstanda “Taliban” hərəkatının silahlıları ilə döyüşmək istəməyən 94 sərhədçi ölkənin ərazisini tərk edərək Tacikistana qaçıb.

Yerli vaxtla 18:00-da “Taliban” hərəkatının silahlıları Bədəxşan vilayətinin Xoxon ərazisini döyüşsüz ələ keçiriblər. Xəbərdə qeyd edilir ki, əfqanıstanlı hərbçilər şəxsi heyətin qorunub saxlanılması üçün sərhədi keçiblər.

Bildirilib ki, Tacikistan sərhədçiləri humanizm və mehriban qonşuluq prinsiplərini rəhbər tutaraq əfqanıstanlı hərbçilərə respublikanın ərazisinə keçməyə icazə veriblər.

Bundan əvvəl Tacikistan Əfqanıstanın 300-dən çox hərbçisini ərazisinə buraxıb.

Geri qayıt