Vulkanla bağlı FHN-də xüsusi qrup yaradıldı

Hadisə ilə bağlı FHN tərəfindən xüsusi qrup yaradılıb.
ONN media xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə işinin təşkili Baş idarəsinin rəisi, general-mayor Niyazi Zamanov deyib. O bildirib ki, xüsusi qrup yaxın vaxtlarda hadisənin baş verdiyi əraziyə göndəriləcək:
“Daha sonra isə ictimaiyyətə ətraflı məlumat veriləcək. Ancaq palçıq vulkanının baş verdiyi ərazidə vulkan sönmə mərhələsindədir”.