Türkiyədə "Delta+" ştammına yoluxan şəxslər var

Türkiyədə 3 nəfərədə koronavirusun “Delta+” ştammı aşkarlanıb.
ONN media xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib. O, yoluxmaların 3 fərqli şəhərdə qeydə alındığını bildirib.
Nazirin sözlərinə görə, “Delta+” ştammı aşkarlanan vətəndaşlardan biri də İstanbul sakinidir.
F.Qoca həmçinin Türkiyədə 3-cü doza peyvənd vurulacağını açıqlayıb.