Bakıda bu ərazilərdə qaz kəsildi

Bakıda bu ərazilərdə qaz kəsildi

Paytaxtın Yasamal rayonunun bir hissəsində, Elmlər Akademiyası metrostansiyası ətrafındakı binalara təbii qazın verilməsi müvəqqəti dayandırılıb.

ONN media xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov bildirib.

O qeyd edib ki, qazın verilişi təmir işləri ilə əlaqədar dayandırılıb:

"Ərazidə 225 millimetr diametrində olan yeni polietilen qaz xəttinin mənbəyə qoşulma işləri aparılır. Əgər işlər qaydasında davam edərsə, 17:00-dək işlərin yekunlaşdırılması və qazın verilişinin bərpası nəzərdə tutulub".

Geri qayıt