Daha bir ölkədən Bakıya uçuşlar BƏRPA EDİLİR

Daha bir ölkədən Bakıya uçuşlar BƏRPA EDİLİR

Macarıstanın "Wizz Air" büdcə aviaşirkəti Bakıya uçuşları bərpa edir.

ONN media  bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, avqustun 14-dən etibarən Əbu-Dabi-Bakı marşrutu ilə həftədə iki dəfə uçuşlar həyata keçiriləcək. Reyslər çərşənbə axşamı və şənbə günləri baş tutacaq.

Uçuş Əbu-Dabidən 18:05-də çıxacaq, 21:15-də Bakıya çatacaq. Əks istiqamətdə 21:55-də Bakıdan çıxan təyyarə 00:55-də Əbu-Dabiyə çatacaq.

Geri qayıt