Ana və 2 azyaşlı övladını avtomobil vurdu

Ana və 2 azyaşlı övladını avtomobil vurdu

Abşeron rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

ONN media  xəbər verir ki, hadisə Abşeron rayonunda qeydə alınıb.

Avtomobil Ceyranbatan qəsəbəsində yolu keçən 1981-ci il təvəllüdlü Məhərrəmova Xuraman Feyruz qızını və onu 2 azyaşlı övladları 2014-cü il təvəllüdlü Hüseynli Kamal Kalam oğlu və 2020-ci il təvəllüdlü Hüseynli Yusif Kalam oğlunu vurub.

Hər üç yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı Abşeron rayonu Polis idarəsində araşdırılır. 

Geri qayıt