Türkiyə səfiri Kərəm Mustafayevlə görüşdü

Türkiyə səfiri Kərəm Mustafayevlə görüşdü

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Müdafiə Nazirinin Müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovniki Kərəm Mustafayevlə görüşüb.

ONN media  xəbər verir ki, bu barədə səfirliyin Tvitter səhifəsindən məlumat verilib.

Məlumata əsasən, görüş Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında baş tutub.

Qeyd edək ki, dünən bölgəyə gələn Cahit Bağçı ilk olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovla görüş keçirib.

Geri qayıt