Ufada terror hücumunun qarşısı alındı

Ufada terror hücumunun qarşısı alındı

Rusiya təhlükəsizlik qüvvələri Ufa şəhərində hazırlanan terror hücumunun qarşısını alıb.

ONN media  xəbər verir ki, bu barədə FTX-nin mətbuat xidməti məlumat yayıb.

Silahlılar hüquq-mühafizə orqanları əməkdaşlarının yerləşdiyi binalarda partlayış hazırlamağı planlaşdırıblar:

“Terror hücumunu hazırlamaqda şübhəli bilinən şəxsin kirayədə qaldığı evində əldəqayırma partlayıcı qurğu və digər silah növləri tapılıb. Həmçinin, saxlanılan şəxsin mobil telefonunda terrorçu strukturların üzvləri ilə yazışmalar aşkarlanıb”, - deyə bildirilib.

Qeyd olunur ki, həbs olunanlar Təhrir əş-​Şam terror təşkilatının üzvləri olub.

Geri qayıt