Quba sakini yaşadığı evdə özünü asdı

Quba rayonunda intihar hadisəsi baş verib.
ONN media xəbər verir ki, hadisə Quba şəhərində qeydə alınıb.
Şəhər sakini, 1978-ci il təvəllüdlü Həsən Feyruz oğlu Həsənov özünü yaşadığı evdə asaraq öldürüb.
F. Həsənovun psixoloji problemləri olduğu, əvvəllər də intihara cəhd etdiyi bildirilir.
Qeyd edək ki, F. Həsənov ailəlidir. Faktla bağlı araşdırma aparılır.