Bu gün Avro-2020-nin qalibi bəlli olacaq

Bu gün Avro-2020-nin qalibi bəlli olacaq

Bu gün futbol üzrə Avropa çempionatına yekun vurulacaq.

ONN media xəbər verir ki, turnirin final oyununda İtaliya və İngiltərə yığmaları üz-üzə gələcəklər.

Londondakı "Uembli" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Matçı niderlandlı FIFA referisi Byörn Kuypers idarə edəcək.

Geri qayıt