Ermənistanda eyni ərazidə 3-cü zəlzələ baş verdi

Ermənistanın Gürcüstanla sərhəd ərazisində, Şirak vilayətində zəlzələ baş verib. ONN media xəbər verir ki, zəlzələ episentrdə 4 bal gücündə qeydə alınıb. Zəlzələ Şirakın Bavra və Aşotsk kəndlərində, Lori vilayətinin Meçavan kəndində hiss edilib. Qeyd edək ki, 8 iyulda eyni ərazidə eyni gücdə iki zəlzələ baş vermişdi.