Ağcabədidə 5 otaqlı ev KÜL OLDU

Ağcabədidə 5 otaqlı ev KÜL OLDU

Ağcabədi rayonunun Aşağı Avşar kəndində yanğın hadisəsi baş verib.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 156 m² olan birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 106 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri qayıt