Ərdoğandan Si Cinpinə UYĞUR TƏLƏBİ: Türkiyə üçün önəmlidir...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla çinli həmkarı Si Cinpin arasında telefon danışığı baş tutub.
ONN media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilir ki, iki lider arasında söhbət zamanı Uyğur türkləri ilə bağlı məsələyə diqqət çəkilib.
"Uyğur türklərinin Çinin bərabərhüquqlu vətəndaşları olaraq firavan, azad və dinc yaşamaları Türkiyə üçün önəmlidir. Türkiyə Çinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir", - Ərdoğan vurğulayıb.
Telefon danışığı zamanı iki ölkə arasında siyasi, iqtisadi və diplomatik münasibətlər də müzakirə mövzusu olub.(publika.az)