Çavuşoğlu Şuşa Bəyannaməsindən yazdı

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsində səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyətini qəbul edib.
ONN media xəbər verir ki, XİN rəhbəri bununla bağlı "Facebook" səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
"Can Azərbaycanın Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəhbəri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyyəti ilə bir araya gəldik.
Şuşa Bəyannaməsi ilə qardaşlıq bağlarımız hər sahədə daha da güclənir".