Putin yenə SSRİ-dən DANIŞDI

Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə SSRİ-nin dağılması prosesinə toxunub.
ONN media xəbər verir ki, Putin Ukrayna ilə bağlı məqaləsini şərh edərkən bu barədə danışıb.
"Mən orada açıqca dedim ki, ən təhlükəli "gec partlayan mina" Sovet İttifaqı respublikalarının vahid ölkədən sərbəst çıxış hüququdur", - deyə dövlət başçısı jurnalistlərə bildirib.