Lavrov Pakistan XİN rəhbəri ilə görüşüb

Rusiya Xarici işlər naziri Sergey Lavrov bu gün Pakistan Xarici işlər naziri Şah Mahmud Kureşi ilə görüşüb.
ONN media xəbər verir ki, görüş düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.
“Bu görüş saatları sinxronizasiya etmək üçün əla bir fürsətdir. Hələ biz cari ildə İslamabada səfər zamanı ikitərəfli və beynəlxalq təşkilatlalrdakı əlaqələri çox gözəl analiz etdik.
Bu gün beynəlxalq təşkilatlardakı əməkdaşlığımızın nümunələrindən biridir. Ancaq istərdim ki, İslamabadda müzakirə etdiyimiz məsələlərin necə inkişaf etdiyiniə diqqət yetirək”- Lavrov qeyd edib.