Ərdoğandan Əfqanıstanla bağlı MÜHÜM AÇIQLAMA

Türkiyə Qarabağda olduğu kimi Əfqanıstana da dəstək verməyi səbirsizliklə gözləyir.
ONN media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib ərdoğan deyib.
“Hüquq və ədalət tələblərimizi siyasi riyakarlıq kimi qəbul edənlər məzlumların səsi, nəfəsi və ümidi olduğumuzu anlamadılar.
Dostlarımıza və qonşularımıza özümüz üçün istədiklərimizi diləyirik. Bunu dünən Suriyada etdik, Liviyada və Qarabağda da etdik. İnşəallah sabah Əfqanıstandakı və digər ölkələrdəki qardaşlarımızı da eyni ədalətli münasibətlə dəstəkləyəcəyik. 15 iyul bu cəhdin simvoludur”- Ərdoğan qeyd edib.
Türkiyə NATO və ABŞ ordusu çıxdıqdan sonra Əfqanıstandakı hərbi kontingentini saxlamaq niyyətində olduğunu açıqlayıb.