Rusiyadan alınan metro qatarı Bakıda

Azərbaycanın Rusiyadan aldığı metro qatarlarından biri Bakıya çatıb.
ONN media xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlama verib.
Onun sözlərinə görə, 5 vaqondan ibarət göndərilən birinci qatar artıq Bakı Metropoliteninin deposundadır.
Qeyd edək ki, Rusiyanın Metrovaqonmaş Səhmdar Cəmiyyətinin "Bakı Metropoliteni" üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi iyunun sonunda Bakıya yola salınmışdı.