Pakistan: İranla sərhədi gücləndiririk

Pakistan ordusu İranla sərhəddə təhlükəsizliyin müasir qurğulardan istifadə edərək, sürətli templərlə möhkəmləndirilməsinə davam edir.
ONN media xəbər verir ki, bunu Pakistan ordusunun general-mayoru Babar İftixar deyib. O, İranla sərhəddə idarəetmə sistemini modernləşdirdiklərini bildirib.
General həmçinin Əfqanıstanla sərhədin gücləndirildiyini və ərazisindən qonşularına qarşı fəaliyyətə imkan verilməyəcəyini söyləyib.