Ukraynada təyyarə qəzası - ÖLƏNLƏR VAR

Ukraynanın qərbindəki İvano-Frankovsk bölgəsində kiçik idman təyyarəsi qəzaya uğrayıb.
Hadisə nəticəsində 4 nəfər ölüb, onlardan 3-ü ABŞ vətəndaşıdır.
Bildirilir ki, təyyarə naməlum səbəbdən qəzaya uğrayıb və fərdi yaşayış binasının üzərinə düşərək yanıb.
Faktla bağlı araşdırma aparılır.