ABŞ peşmərgəyə növbəti hərbi yardımı göndərdi

ABŞ-ın rəhbərliyi altındakı İŞİD əleyhinə koalisiya bir həftə ərzində ikinci dəfə peşmərgəyə hərbi yardım göndərib.
ONN media xəbər verir ki, koalisiya qüvvələri Ərbildə keçirilən təhvil-təslim prosesində Peşmərgə Nazirliyinə 59 ədəd nəqliyyat vasitəsi təqdim edib.
Hərbi yardım “Hammer” tipli zirehli avtomobil və təcili yardım maşınlarından ibarət olub.
Qeyd edək ki, daha əvvəl ABŞ peşmərgəyə 70-ə yaxın nəqliyyat vasitəsi göndərmişdi.