Paşinyan Ermənistanı yeni güzəştlərə hazırlayır - Abramyan

Nikol Paşinyan Ermənistanı yeni güzəştlərə hazırlayır.
ONN media xəbər verir ki, bu barədə erməni hərbi ekspert Tiqran Abramyan deyib.
Onun sözlərinə görə, Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəsin şərtləri naməlumdur: “Ermənistan rəhbərliyi bu haqda məlumat vermir. Paşinyan sərhəddəki vəziyyəti süni şəkildə şişirdərək, cəmiyyəti yeni güzəştlərə hazırlayır”.