Türkiyədə terror aktının qarşısı alındı

Türkiyədə terror aktının qarşısı alındı

Türkiyədə planlaşdırılan terror aktının qarşısı alınıb.

ONN media xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Məlumatda bildirilib ki, təhlükəsizlik qurumlarının əməkdaşlarının iyulun 29-da Mardin-Qızıltəpə avtomagistralında saxladıqları avtomobildə iki kiloqram çəkidə kustar üsulla hazırlanmış bomba aşkarlanıb. Həmin bombaların aşkarlandığı şəxsin PKK/KCK terror təşkilatının üzvü olduğu müəyyən edilib.

Faktla bağlı Mardin Polis İdarəsində istintaq aparılır.

Geri qayıt