Berlində atışma: polis əməliyyat keçirir – Yaralılar var

Berlində atışma: polis əməliyyat keçirir – Yaralılar var

Berlinin Vedinq rayonunda atışma baş verib.

ONN media xəbər verir ki, bu barədə “Berliner Zeitung” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə supermarketin yanındakı dayanacaqda baş verib. Atışma nəticəsində 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs qaçmağa müvəffəq olub.

Hazırda polis xüsusi əməliyyat keçirir.

Geri qayıt