Bakıda qəbiristanlıqda yanğın baş verdi

Bakıda qəbiristanlıqda yanğın baş verdi

Yeni Günəşli qəsəbəsində, yaşayış binalarının yaxınlığındakı qəbiristanlıq ərazisində yanğın baş verib.

ONN media  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəbiristanlıq ərazisində təxminən 100 m² sahədə quru ot və məişət tullantıları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri qayıt