Türk hərbçiləri Kabil hava limanında bu şəxsləri qoruyacaq

Əfqanıstan hökuməti Kabil hava limanının real təhlükəsizliyini təmin edəcək, türk əsgərlərinin kiçik bir qrupu isə hava limanında çalışan Türkiyə hava nəqliyyatı, rabitə və yanğın təhlükəsizliyi mütəxəssislərini qoruyacaq.
ONN media xəbər verir ki, bunu Əfqanıstanın xarici işlər naziri Məhəmməd Hənif Atmar deyib.
"Gəlin, aydınlaşdıraq. Türkiyə hökuməti Kabildəki hava limanının təhlükəsizliyini təmin etmək niyyətində deyil. Onlar hava nəqliyyatı, rabitə, yanğın təhlükəsizliyi kimi vacib xidmətlər göstərirlər. Əsgərlər həmin şəxsləri qoruyacaqlar. Ancaq hava limanının daxilində və xaricində əsl təhlükəsizlik Əfqanıstan hökuməti tərəfindən təmin ediləcək”, - deyə nazir bildirib.