Müdafiə nazirinin evinə hücum: 4 nəfər öldü

Kabildə Əfqanıstanın müdafiə naziri general Bismillah Xan Məhəmmədinin evinə edilən hücum nəticəsində 4 nəfər ölüb, daha 20 nəfər yaralanıb.
ONN media xəbər verir ki, bu barədə "Agence France-Presse" təhlükəsizlik mənbəsinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, hücum edənlərin və ya mülki şəxslərin itkiləri ilə bağlı məlumat dəqiqləşdirilməyib.